13 yaşdan (və ya ölkənizdəki uyğun yaş limitindən) aşağı Uşaqları olan Valideynlər üçün Family Link Açıqlaması

13 yaşdan (və ya ölkənizin uyğun yaş limitindən) aşağı Uşaqların Family Link ilə idarə edilən Google Hesabları və Profilləri üzrə Məxfilik Bildirişinə baxın

Xoş Gəlmisiniz Valideynlər!

Bizə etibar etməyiniz əsas prioritetimizdir, eyni zamanda, övladınızın Google Hesabından istifadəsinə icazə vermək əhəmiyyətli qərardır. Ətraflı məlumat əldə etmək üçün bu mühüm məlumatı nəzərdən keçirin.

Uşağınızın Google Hesabı

Övladınızın Google Hesabı Sizin hesabınız kimidir, həmçinin uşaqlar üçün dizayn edilməmiş və hazırlanmamış xidmətlər daxil olmaqla, Google məhsullarına və xidmətlərinə giriş təklif edir. Övladınız hesabında bunları edə bilər:

  • Google Assistent, Chrome və Axtarış və digər generativ Sİ funksiyalarından istifadə edərək suallar vermək, internetə daxil olmaq və axtarış etmək;

  • Gmail, SMS, video, səs və digər kommunikasiya vasitələrindən istifadə edərək başqaları ilə əlaqə yaratmaq;

  • Tətbiqlər, oyunlar, musiqilər, filmlər və s. endirmək, satın almaq və istifadə etmək;

  • Fotolar, videolar, təqdimatlar, sənədlər və başqa kontent yaratmaq, baxmaq və paylaşmaq;

  • Google Fit'də fəaliyyət səviyyəsi və ürək döyüntüsü də daxil olmaqla sağlamlıq və fitnes məlumatlarını izləmək (uşağınızın cihazlarından asılı olmaqla);

  • Google xidmətlərindən istifadə edərək kontektsə uyğun reklamlara baxmaq.

Family Link və valideyn nəzarəti

Google'un Family Link tətbiqi əsas qaydaları ayarlamağınız və övladınız internetdə onlayn araşdırma apararkən onlara nəzarət etməyiniz üçün hazırlanıb. Övladınız Google ailə qrupunun bir hissəsi olacaq, siz ondan Google xidmətlərini övladınız və dördə qədər digər ailə üzvü ilə paylaşmaq üçün istifadə edə bilərsiniz. Övladınızın hesabına nəzarət etməsi üçün daha sonra başqa valideyn əlavə edə bilərsiniz. Valideynlər Family Link'dən bunları etmək üçün istifadə edə bilərlər:

  • Övladınızın Android və ya ChromeOS cihazlarında ekran vaxtı limitləri ayarlamaq;

  • Övladınızın daxil olunan və aktiv Android cihazlarının məkanına baxmaq;

  • Övladınızın Google Play-də endirmələrini və satınalmalarını təsdiqləyin və ya yetkinlik reytinqlərinə əsasən kontentin görünmə dərəcəsini məhdudlaşdırın;

  • Övladınızın Google Hesabında yadda saxlanılacaq fəaliyyət növlərini seçməsinə və ondan öz təcrübəsini fərdiləşdirmək üçün istifadə etməsinə kömək etmək;

  • Google Axtarış üçün SafeSearch kimi ayarları idarə etmək;

  • Övladınızın Android və ChromeOS'da mikrofon, kamera və kontaktlara giriş kimi tətbiq icazələrini nəzərdən keçirmək; və

  • YouTube və YouTube Kids daxil olmaqla, YouTube təcrübələri üçün kontent, giriş və digər ayarları dəyişdirin.

Family Link'in valideyn nəzarətləri övladınızın təcrübəsinə nəzarət etməyinizə və idarə etməyinizə kömək etsə də, bəzi məhdudiyyətləri yadda saxlamalısınız:

  • Family Link’in əksər valideyn nəzarətlərini vebdə idarə etmək mümkün olsa da, ekran vaxtı limitləri kimi müəyyən funksiyaları idarə etmək üçün Android və ya iOS üçün Family Link tətbiqi tələb olunur.

  • SafeSearch, Chrome veb-sayt məhdudiyyətləri və Play Market filtrləri kimi ayarlar övladınızın uyğun olmayan kontentlərə daxil olmasını məhdudlaşdırmağa kömək etsə də, bəzən mükəmməl işləməyə bilər. Generativ Sİ funksiyaları məlumat uydura və ya sualları səhv başa düşə bilər, ona görə də övladınıza məlumatları etibarlı mənbələrlə doğrulamağı xatırlatmağınız tövsiyə olunur. Hətta bu nəzarətlər aktiv olduqda belə övladınız görməsini istəmədiyiniz kontentə daxil ola bilər.

  • Övladınız daha öncə təsdiq edilən tətbiq və ya digər kontenti yenidən endirdikdə; tətbiqə güncəlləmə quraşdırdıqda (güncəlləmə kontent əlavə etsə, yaxud əlavə data və icazə tələb etsə belə) və ya Google Play Ailə Kitabxanasından paylaşılmış kontent endirdikdə valideyn icazəsi tələb edilmir.

  • Bəzi Family Link funksiyalarının əlçatımlılığı məhduddur, onların işləməsi üçün xüsusi ayarlar və şərtlər lazımdır. Məsələn, yalnız övladınız uyğun Android və ya ChromeOS cihazına daxil olduğu zaman tətbiqləri blok edə bilərsiniz, yalnız övladınızın Android cihazı yanılı olub internetə qoşulu olduğu zaman Family Link tətbiqində onun məkan məlumatına baxa bilərsiniz.

Övladınız 13 yaşına çatdıqda (yaş ölkəyə görə dəyişə bilər) nəzarətiniz olmadan öz hesabını idarə etməyi seçə bilər.

Başqalarına Hörmət

Xidmətlərimizin bir çoxu övladınızın bu xidmətlərdən istifadə edən digər insanlarla qarşılıqlı əlaqədə olmasına imkan verir. Biz hər kəsin bir-birinə hörmət etdiyi mühiti təmin etməyə çalışırıq. Bu o deməkdir ki, övladınız başqalarına və ya özünə zərər verməmək (və ya bu cür sui-istifadə və ya zərəri təhdid etmə və ya təşviq etmə) kimi əsas davranış qaydalarına əməl etməlidir. Örnək olaraq, aldatmaq, böhtan atmaq, təhqir etmək, təqib etmək və ya xidmətlərimizi istifadə edərkən nifrət nitqini (insanların mənşəyi, irqi, dini, cinsi, cinsi zövqü və sair nifrət və ya ayrı-seçkiliyi təhrik edən məzmun) açıq şəkildə yaymaq qadağandır. Nifrət dolu məzmunun yayımlanması Sizi və övladınızı mülki və ya cinayət məsuliyyətinə cəlb edə bilər.

Övladınızın məxfiliyi

Övladınızın öz Google Hesabına və ya profilinə sahib olması üçün bu Məxfilik Bildirişi və Google Məxfilik Siyasətində təsvir olunduğu kimi övladınızın məlumatlarını toplamaq, istifadə etmək və ya açıqlamaq üçün icazəniz tələb oluna bilər. Övladınızın xidmətlərimizdən istifadə etməsinə icazə verdikdə siz və övladınız məlumatlarınızı bizə etibar edirsiniz. Bunun böyük məsuliyyət olduğunu anlayırıq və məlumatınızı qorumaqla yanaşı, nəzarətin sizdə olması üçün əlimizdən gələni edirik. Övladınızın Veb və Tətbiq fəaliyyəti, YouTube Tarixçəsi və müvafiq bölgələrdə müəyyən Google xidmətlərini əlaqələndirmək kimi elementlər üçün fəaliyyətə nəzarəti idarə edib-etməməsinə qərar verə bilərsiniz.

13 yaşdan (və ya ölkənizdə müvafiq yaşdan) kiçik uşaqlar üçün Family Link ilə idarə olunan Google Hesabları və Profilləri üçün bu Məxfilik BildirişiGoogle Məxfilik Siyasəti Google'un məxfilik təcrübələrini izah edir. Övladınızın hesabı və ya profili ilə bağlı xüsusi məxfilik təcrübələri (fərdiləşdirilmiş reklamların məhdudlaşdırılması kimi) Məxfilik Bildirişində qeyd edilib.

Bu Məxfilik Bildirişi övladınızın istifadə edə biləcəyi üçüncü tərəf (qeyri-Google) tətbiq, fəaliyyət və ya veb saytlarına tətbiq edilmir. Üçüncü tərəf tətbiq, fəaliyyət və saytlarının şərt və siyasətlərinin övladınıza uyğun olub-olmadığını yoxlamaq üçün onları nəzərdən keçirməlisiniz. Onların datanı toplaması və istifadə etməsi də buraya aiddir.

Topladığımız Məlumat

Övladınızın Google Hesabından və ya profilindən istifadə etməsinə icazə verdikdən sonra onun hesabı və ya profili topladığımız məlumata istinadən sizin hesabınız kimi idarə edilir. Məsələn, biz bunları toplayırıq:

Sizin və övladınızın yaratdığı və ya bizə təmin etdiyi məlumat.

Hesabın və ya profilin yaradılması prosesinin bir hissəsi kimi ad, soyad, e-poçt ünvanı və doğum tarixi kimi şəxsi məlumat tələb oluna bilər. Onlayn kontakt məlumatı kimi sizin və ya övladınızın təmin etdiyi kontenti əldə edirik. Bu, razılıq almaq məqsədilə sizinlə əlaqə saxlamağımız üçün lazımdır. Həmçinin övladınız hesabından və ya profilindən istifadə edərək Google Fotoda şəkil yadda saxladıqda və ya Google Diskdə sənəd yaratdıqda onun yaratdığı, yüklədiyi, yaxud başqalarından əldə etdiyi kontenti toplayırıq.

Övladınızın xidmətlərimizdən istifadəsinə əsasən əldə etdiyimiz məlumat.

Övladınız Google Axtarış və ya Gemini-da sorğu daxil etdikdə, Google Assistentlə danışdıqda və ya YouTube Kids-də video izlədikdə onun istifadə etdiyi bu kimi xidmətlər və onlardan necə istifadə etdiyi haqqında müəyyən məlumatları avtomatik toplayırıq və saxlayırıq. Bu məlumatlara daxildir:

  • Övladınızın tətbiq, brauzer və cihazları

    Övladınızın operatorunun adı, telefon nömrəsi və tətbiqin versiya nömrəsi daxil olmaqla unikal identifikatorlar, brauzer növü, ayarlar, idarə sistemi, mobil şəbəkə məlumatı kimi Google xidmətlərimizə daxil olmaq üçün istifadə etdiyi tətbiq, brauzer və cihazlardan məlumatı əldə edirik. Eyni zamanda övladınızın sorğusundakı IP ünvanı, xəta hesabatları, sistem fəaliyyəti, tarix və vaxt, istinad URL-u daxil olmaqla onun tətbiq, brauzer və cihazlarının xidmətlərimizlə olan bağlantısı haqqında olan datanı əldə edirik. Bu məlumatı övladınızın cihazındakı Google xidməti serverlərimiz ilə əlaqə saxladıqda (məsələn, Play Marketdən tətbiq quraşdırmaq istədikdə) əldə edirik.

  • Övladınızın fəaliyyəti

    Övladınıza Google Play-də bəyənə biləcəyi tətbiqləri tövsiyə etmək kimi əməliyyatlar icra etmək üçün onun ayarlarından asılı olaraq, istifadə etdiyi xidmətlərdən məlumatlarını toplayırıq. Övladınızın fəaliyyətə nəzarəti idarə edib-etməməsinə qərar verə bilərsiniz. Övladınızın fəaliyyətindən topladığımız məlumatlara axtarış sözləri, izlədiyi videolar, audio funksiyalarından istifadə etdiyi zaman ötürülən səs və audio məlumatları, əlaqə yaratdığı və ya kontent paylaşdığı şəxslər, Google Hesabı ilə sinxronlaşdırdığı Chrome brauzer tarixçəsi daxil ola bilər. Övladınız zəng etmək və qəbul etmək, yaxud mesaj göndərmək və qəbul etmək üçün Google Meet kimi xidmətlərimizdən istifadə edirsə, zəng tarixçəsi məlumatlarını toplaya bilərik. Övladınız hesabında və ya profilində yadda saxlanılmış fəaliyyət məlumatlarını tapmaq və idarə etmək üçün Google Hesabına daxil ola bilər, həmçinin övladınızın Google Hesabına və ya Family Link-dəki profilinə daxil olmaqla onun fəaliyyət məlumatlarını idarə etməsinə kömək edə bilərsiniz.

  • Övladınızın məkan məlumatı

    Övladınız xidmətlərimizdən istifadə etdikdə onların məkanı haqqında məlumatı toplayırıq. Övladınızın məkanı cihazlarındakı GPS, IP ünvanı, sensor data istifadəsi, həmçinin Wi-Fi giriş nöqtələri, mobil qüllələr və Bluetooth aktiv olan cihazlar kimi cihazın yaxınlığındakı obyektlər haqqında olan məlumat ilə müəyyənləşdirilə bilər. Topladığımız məkan datasının növləri qismən ayarlarınızdan və övladınızın cihazlarından asılıdır.

  • Övladınızın səs və audio məlumatı

    Övladınızın səs və audio məlumatını toplaya bilərik. Məsələn, övladınız audio aktivasiya əmrlərindən (məsələn, "OK, Google" və ya mikrofon ikonasına toxunmaq kimi) istifadə edərsə, onun sorğularını cavablandırmaq məqsədilə növbəti nitq/audionun qeydəalması işləniləcək. Əlavə olaraq övladınız Veb və Tətbiq Fəaliyyəti ayarı üzrə Səs və Audio Fəaliyyəti seçimi yoxlanılıbsa, giriş etdiyi cihazda Assistent ilə olan səsli əlaqəsinin qeydəalması (və bir neçə saniyə əvvəli) onun hesabında saxlanıla bilər.

Brauzerin veb yaddaşı və ya tətbiqin data keşi, data bazası və server girişləri kimi kukilər, piksel teqləri, lokal yaddaş daxil olmaqla övladınızın məlumatını əldə edərək saxlamaq üçün müxtəlif texnologiyalardan istifadə edirik. Övladınızın bu hesablarda və ya profillərdə əlçatan olan Google məhsul və xidmətlərindən istifadə etmək üçün lazım olandan daha çox şəxsi məlumat təmin etməsini istəmirik.

Topladığımız Məlumatdan Necə İstifadə Edirik

Google Məxfilik Siyasəti övladınızın Google Hesabı və ya profili ilə əlaqəli olaraq Google'un topladığı məlumatlardan necə istifadə edə biləcəyimizi daha ətraflı izah edir. Ümumiyyətlə, övladınızın məlumatından aşağıdakı məqsədlər üçün istifadə edirik: xidmətlərimizi təmin etmək, qorumaq və təkmilləşdirmək; yeni xidmətlər hazırlamaq; xidmətlərimizi övladınız üçün fərdiləşdirmək; performansı təhlil etmək və xidmətlərimizin necə istifadə olunduğunu anlamaq; xidmətlərimizlə əlaqədar övladınızla birbaşa əlaqə yaratmaq; xidmətlərimizin təhlükəsizliyini və etibarlılığını təkmilləşdirmək.

Övladınızın məlumatlarını bu məqsədlərlə emal etmək üçün müxtəlif texnologiyalardan istifadə edirik. Övladınızı fərdiləşdirilmiş axtarış nəticələri və ya xidmətlərdən istifadəyə uyğun digər funksiyalarla təmin etmək üçün kontent və ya qarşılıqlı əlaqələri təhlil edən avtomatlaşdırılmış sistemlərdən istifadə edirik. Spam, zərərli proqram və qanunsuz kontent kimi sui-istifadəni aşkarlamaq üçün övladınızın kontentini təhlil edirik. Nümunələri datada tanımaq üçün alqoritmdən istifadə edirik. Sistemlərdə siyasətimizi pozan spam, zərərli proqram, qanunsuz kontent və sui-istifadənin digər formaları aşkarlandığı zaman həmin hesabı və ya profili deaktiv edərək müvafiq tədbir görürük. Bəzi hallarda şərtlərin pozulmasını müvafiq orqanlara bildirə bilərik.

Övladınızın ayarlarından asılı olaraq, ona tövsiyələr, bəyənə biləcəyi kontentlər və fərdiləşdirilmiş axtarış nəticələri təqdim etmək üçün övladınızın məlumatlarından istifadə edə bilərik. Məsələn, Google Play övladınızın ayarlarından asılı olaraq, quraşdırdığı tətbiq məlumatlarından istifadə edərək uyğun yeni tətbiqlər təklif edə bilər.

Bundan əlavə, övladınızın ayarlarından asılı olaraq, topladığımız məlumatları yuxarıda təsvir edilən məqsədlərlə xidmətlərimiz arasında və övladınızın cihazlarında birləşdirə bilərik. Övladınızın hesab və ya profil ayarlarından asılı olaraq, onun digər sayt və tətbiqlərdəki fəaliyyəti Google xidmətlərini təkmilləşdirmək üçün şəxsi məlumatları ilə əlaqələndirilə bilər.

Google övladınız üçün fərdiləşdirilmiş reklamlar təqdim etməyəcək, yəni reklamlar övladınızın hesabı və ya profilindəki məlumatlara əsaslanmayacaq. Bunun əvəzində isə reklamlar övladınızın baxdığı veb sayt və ya tətbiqin kontenti, cari axtarış sorğusu, yaxud ümumi məkan (məs, şəhər və ya ştat) kimi məlumatlara əsaslana bilər. Vebdə axtarış edərkən və ya qeyri-Google tətbiqlərindən istifadə edərkən övladınız üçüncü tərəflərin fərdiləşdirdiyi rekamlar daxil olmaqla digər reklam provayderlərinin (qeyri-Google) reklamlarını görə bilərlər.

Övladınızın Paylaşa Biləcəyi Məlumat

Övladınız Google hesabına və ya profilində daxil olduğu zaman foto, video, audio və məkan kimi məlumatları ictimai şəkildə və başqaları ilə paylaşa bilər. Övladınız məlumatı açıq şəkildə paylaşdığı zaman həmin məlumat Google Axtarış kimi axtarış mühərriklərində əlçatan ola bilər.

Google'un Paylaşdığı Məlumat

Əldə etdiyimiz məlumat məhdud hallarda Google'dan kənarda paylaşıla bilər. Aşağıdakı hallar istisna olmaqla şəxsi məlumatı Google'da olmayan şirkət, təşkilat və şəxslərlə paylaşmırıq:

Razılıq alaraq

Razılıq alaraq (uyğun olarsa) Google'dan kənarda şəxsi məlumatı paylaşacağıq.

Ailə qrupunuzla

Ad, foto, e-poçt ünvanı və Play satınalmaları daxil olmaqla övladınızın məlumatı Google'da ailə qrupunun üzvləri ilə paylaşıla bilər.

Kənar emal üçün

Təlimatlarımız əsasında və bu Məxfilik Bildirişi, Google Məxfilik Siyasəti və hər hansı digər müvafiq məxfilik və təhlükəsizlik tədbirlərinə uyğun olaraq, bizim üçün emal etməsi üçün filiallarımıza və ya digər etibarlı bizneslərə və ya şəxslərə şəxsi məlumatları təqdim edirik.

Hüquqi səbəblər üçün

Məlumatın girişinə, işlədilməsinə və qorunmasına, yaxud paylaşılmasına ehtiyac olduğuna əmin olduğumuz halda, şəxsi məlumatı Google'dan kənarda paylaşacağıq:

  • müvafiq qanun, nizamnamə, hüquqi proses və ya qüvvədə olan hökümət tələbi ilə razılaşın;

  • potensial pozuntuların araşdırılması daxil olmaqla müvafiq Xidmət Şərtləri tətbiq edin;

  • fırıldaqçılıq, təhlükəsizlik və ya texniki problemləri aşkarlayın, qarşısını alın, yaxud mübarizə aparın.

  • qanunla tələb olunduğu və ya icazə verildiyi kimi Google'un, istfadəçilərimizin və ya ictimaiyyətin hüquqları, mülkiyyəti və təhülkəsizliyini qoruyun.

Eyni zamanda özəl olmayan məlumatı (xidmətlərimizdən ümumi istifadə haqqında trendlər kimi) ictimai olaraq və partnyorlarımızla (yayımçılar, reklamçılar, developerlər və ya hüquq sahibləri) paylaşa bilərik. Məsələn, xidmətlərimizdən ümumi istifadə haqqında trendləri göstərmək üçün məlumatı açıq şəkildə paylaşırıq. Eyni zamanda müəyyən partnyorların öz kukilərindən və oxşar texnologiyalardan istifadə edərək reklam və tədbir məqsədi ilə brauzer və cihazlardan məlumat əldə etmələrinə icazə veririk.

Övladınızın Şəxsi Məlumatına Giriş

Övladınızın Google Hesabı varsa, onun Google Hesabına daxil olmaqla övladınızın məlumatına daxil ola, yeniləyə, silə, eksport edə və işlənməsini məhdudlaşdıra bilərsiniz. Övladınızın parolunu xatırlamırsınızsa, onu Family Link tətbiqi və ya internetdə Family Link ayarları vasitəsilə sıfırlaya bilərsiniz. Daxil olduqdan sonra övladınızın məxfilik ayarlarını və məlumatlarını idarə etməyə kömək etmək üçün Google Məxfilik Siyasətində təsvir edilən Google fəaliyyət nəzarətləri kimi müxtəlif nəzarətlərdən istifadə edə bilərsiniz.

Övladınızın profili varsa, Family Link tətbiqi və ya internetdə Family Link ayarları vasitəsilə övladınızın məlumatına daxil ola, yeniləyə, silə, eksport edə və işlənməsini məhdudlaşdıra bilərsiniz.

Övladınız, həmçinin "Hesabım" bölməsində keçmiş fəaliyyətini silə, eyni zamanda cihaz məkanı, mikrofon və ya kontaktlar daxil olmaqla üçüncü tərəflərin tətbiqə daxil olmasına defolt olaraq icazə verə bilər. Family Link'dən övladınızın Google Hesabı və ya profil məlumatını redaktə etmək və ya dəyişmək, tətbiq fəaliyyəti və tətbiq icazələrini nəzərdən keçirmək və övladınızın məlumatına daxil olmaq istəyən tətbiqlərə və ya üçüncü tərəflərə icazə verməsini idarə etmək üçün də istifadə edə bilərsiniz.

İstənilən vaxt övladınızın məlumatlarının toplanması və ya istifadəsini dayandırmaq istəsəniz, övladınızın Family Link tətbiqindəki Hesabında və ya Profil Məlumatları səhifəsində, yaxud vebdə Family Link ayarlarında "Hesabı silin" və ya "Profili silin" seçiminə klikləməklə övladınızın Google Hesabını və ya profilini silə bilərsiniz. Övladınızın hesabı və ya profil məlumatları məqbul müddət ərzində həmişəlik silinəcək.

Bizimlə əlaqə saxlayın

Övladınızın Google Hesabı və ya profili ilə əlaqədar sualınız varsa, bizimlə əlaqə saxlayın. Kömək etməyə hazırıq. Family Link və övladınızın Google Hesabı və ya profili haqqında əlavə məlumatı yardım mərkəzimizdə tapa bilərsiniz. Həmçinin Menyu ☰ > Yardım və Rəy > Rəy göndərin seçiminə klikləməklə və ya aşağıdakı ünvan vasitəsilə bizimlə əlaqə saxlamaqla Family Link və ya övladınızın Google Hesabı və ya Family Link tətbiqindəki profili haqqında rəy göndərə bilərsiniz.

Google
1600 Amphitheatre Parkway
Mountain View, CA 94043 USA
Telefon: +1 855 696 1131 (ABŞ)
Digər ölkələr üçün məlumat: g.co/FamilyLink/Contact

Google-un övladınızın məlumatlarını necə topladığı və istifadə etməsi ilə bağlı suallarınız varsa, Google və məlumatların mühafizəsi ofisimiz ilə əlaqə saxlaya bilərsiniz. Yerli qanunlara əsasən hüquqlarınızla bağlı problem varsa, yerli datanı qoruyan orqana müraciət edə bilərsiniz.

13 yaşdan (və ya ölkənizdəki uyğun yaş limiyindən) kiçik Uşaqlar üçün Family Link Açıqlamasına baxın

Google tətbiqləri
Əsas menyu