Övladınızın öz Google Hesabına və ya profilinə sahib olması üçün bu Məxfilik Bildirişi və Google Məxfilik Siyasətində təsvir olunduğu kimi övladınızın məlumatlarını toplamaq, istifadə etmək və ya açıqlamaq üçün icazəniz tələb oluna bilər. Övladınızın xidmətlərimizdən istifadə etməsinə icazə verdikdə siz və övladınız məlumatlarınızı bizə etibar edirsiniz. Bunun böyük məsuliyyət olduğunu anlayırıq və məlumatınızı qorumaqla yanaşı, nəzarətin sizdə olması üçün əlimizdən gələni edirik. Övladınızın Veb və Tətbiq fəaliyyəti, YouTube Tarixçəsi və müvafiq bölgələrdə müəyyən Google xidmətlərini əlaqələndirmək kimi elementlər üçün fəaliyyətə nəzarəti idarə edib-etməməsinə qərar verə bilərsiniz.
13 yaşdan (və ya ölkənizdə müvafiq yaşdan) kiçik uşaqlar üçün Family Link ilə idarə olunan Google Hesabları və Profilləri üçün bu Məxfilik Bildirişi və Google Məxfilik Siyasəti Google'un məxfilik təcrübələrini izah edir. Övladınızın hesabı və ya profili ilə bağlı xüsusi məxfilik təcrübələri (fərdiləşdirilmiş reklamların məhdudlaşdırılması kimi) Məxfilik Bildirişində qeyd edilib.
Bu Məxfilik Bildirişi övladınızın istifadə edə biləcəyi üçüncü tərəf (qeyri-Google) tətbiq, fəaliyyət və ya veb saytlarına tətbiq edilmir. Üçüncü tərəf tətbiq, fəaliyyət və saytlarının şərt və siyasətlərinin övladınıza uyğun olub-olmadığını yoxlamaq üçün onları nəzərdən keçirməlisiniz. Onların datanı toplaması və istifadə etməsi də buraya aiddir.
Övladınızın Google Hesabından və ya profilindən istifadə etməsinə icazə verdikdən sonra onun hesabı və ya profili topladığımız məlumata istinadən sizin hesabınız kimi idarə edilir. Məsələn, biz bunları toplayırıq:
Hesabın və ya profilin yaradılması prosesinin bir hissəsi kimi ad, soyad, e-poçt ünvanı və doğum tarixi kimi şəxsi məlumat tələb oluna bilər. Onlayn kontakt məlumatı kimi sizin və ya övladınızın təmin etdiyi kontenti əldə edirik. Bu, razılıq almaq məqsədilə sizinlə əlaqə saxlamağımız üçün lazımdır. Həmçinin övladınız hesabından və ya profilindən istifadə edərək Google Fotoda şəkil yadda saxladıqda və ya Google Diskdə sənəd yaratdıqda onun yaratdığı, yüklədiyi, yaxud başqalarından əldə etdiyi kontenti toplayırıq.
Övladınız Google Axtarış və ya Gemini-da sorğu daxil etdikdə, Google Assistentlə danışdıqda və ya YouTube Kids-də video izlədikdə onun istifadə etdiyi bu kimi xidmətlər və onlardan necə istifadə etdiyi haqqında müəyyən məlumatları avtomatik toplayırıq və saxlayırıq. Bu məlumatlara daxildir:
Övladınızın operatorunun adı, telefon nömrəsi və tətbiqin versiya nömrəsi daxil olmaqla unikal identifikatorlar, brauzer növü, ayarlar, idarə sistemi, mobil şəbəkə məlumatı kimi Google xidmətlərimizə daxil olmaq üçün istifadə etdiyi tətbiq, brauzer və cihazlardan məlumatı əldə edirik. Eyni zamanda övladınızın sorğusundakı IP ünvanı, xəta hesabatları, sistem fəaliyyəti, tarix və vaxt, istinad URL-u daxil olmaqla onun tətbiq, brauzer və cihazlarının xidmətlərimizlə olan bağlantısı haqqında olan datanı əldə edirik. Bu məlumatı övladınızın cihazındakı Google xidməti serverlərimiz ilə əlaqə saxladıqda (məsələn, Play Marketdən tətbiq quraşdırmaq istədikdə) əldə edirik.
Övladınıza Google Play-də bəyənə biləcəyi tətbiqləri tövsiyə etmək kimi əməliyyatlar icra etmək üçün onun ayarlarından asılı olaraq, istifadə etdiyi xidmətlərdən məlumatlarını toplayırıq. Övladınızın fəaliyyətə nəzarəti idarə edib-etməməsinə qərar verə bilərsiniz. Övladınızın fəaliyyətindən topladığımız məlumatlara axtarış sözləri, izlədiyi videolar, audio funksiyalarından istifadə etdiyi zaman ötürülən səs və audio məlumatları, əlaqə yaratdığı və ya kontent paylaşdığı şəxslər, Google Hesabı ilə sinxronlaşdırdığı Chrome brauzer tarixçəsi daxil ola bilər. Övladınız zəng etmək və qəbul etmək, yaxud mesaj göndərmək və qəbul etmək üçün Google Meet kimi xidmətlərimizdən istifadə edirsə, zəng tarixçəsi məlumatlarını toplaya bilərik. Övladınız hesabında və ya profilində yadda saxlanılmış fəaliyyət məlumatlarını tapmaq və idarə etmək üçün Google Hesabına daxil ola bilər, həmçinin övladınızın Google Hesabına və ya Family Link-dəki profilinə daxil olmaqla onun fəaliyyət məlumatlarını idarə etməsinə kömək edə bilərsiniz.
Övladınız xidmətlərimizdən istifadə etdikdə onların məkanı haqqında məlumatı toplayırıq. Övladınızın məkanı cihazlarındakı GPS, IP ünvanı, sensor data istifadəsi, həmçinin Wi-Fi giriş nöqtələri, mobil qüllələr və Bluetooth aktiv olan cihazlar kimi cihazın yaxınlığındakı obyektlər haqqında olan məlumat ilə müəyyənləşdirilə bilər. Topladığımız məkan datasının növləri qismən ayarlarınızdan və övladınızın cihazlarından asılıdır.
Övladınızın səs və audio məlumatını toplaya bilərik. Məsələn, övladınız audio aktivasiya əmrlərindən (məsələn, "OK, Google" və ya mikrofon ikonasına toxunmaq kimi) istifadə edərsə, onun sorğularını cavablandırmaq məqsədilə növbəti nitq/audionun qeydəalması işləniləcək. Əlavə olaraq övladınız Veb və Tətbiq Fəaliyyəti ayarı üzrə Səs və Audio Fəaliyyəti seçimi yoxlanılıbsa, giriş etdiyi cihazda Assistent ilə olan səsli əlaqəsinin qeydəalması (və bir neçə saniyə əvvəli) onun hesabında saxlanıla bilər.
Brauzerin veb yaddaşı və ya tətbiqin data keşi, data bazası və server girişləri kimi kukilər, piksel teqləri, lokal yaddaş daxil olmaqla övladınızın məlumatını əldə edərək saxlamaq üçün müxtəlif texnologiyalardan istifadə edirik. Övladınızın bu hesablarda və ya profillərdə əlçatan olan Google məhsul və xidmətlərindən istifadə etmək üçün lazım olandan daha çox şəxsi məlumat təmin etməsini istəmirik.
Google Məxfilik Siyasəti övladınızın Google Hesabı və ya profili ilə əlaqəli olaraq Google'un topladığı məlumatlardan necə istifadə edə biləcəyimizi daha ətraflı izah edir. Ümumiyyətlə, övladınızın məlumatından aşağıdakı məqsədlər üçün istifadə edirik: xidmətlərimizi təmin etmək, qorumaq və təkmilləşdirmək; yeni xidmətlər hazırlamaq; xidmətlərimizi övladınız üçün fərdiləşdirmək; performansı təhlil etmək və xidmətlərimizin necə istifadə olunduğunu anlamaq; xidmətlərimizlə əlaqədar övladınızla birbaşa əlaqə yaratmaq; xidmətlərimizin təhlükəsizliyini və etibarlılığını təkmilləşdirmək.
Övladınızın məlumatlarını bu məqsədlərlə emal etmək üçün müxtəlif texnologiyalardan istifadə edirik. Övladınızı fərdiləşdirilmiş axtarış nəticələri və ya xidmətlərdən istifadəyə uyğun digər funksiyalarla təmin etmək üçün kontent və ya qarşılıqlı əlaqələri təhlil edən avtomatlaşdırılmış sistemlərdən istifadə edirik. Spam, zərərli proqram və qanunsuz kontent kimi sui-istifadəni aşkarlamaq üçün övladınızın kontentini təhlil edirik. Nümunələri datada tanımaq üçün alqoritmdən istifadə edirik. Sistemlərdə siyasətimizi pozan spam, zərərli proqram, qanunsuz kontent və sui-istifadənin digər formaları aşkarlandığı zaman həmin hesabı və ya profili deaktiv edərək müvafiq tədbir görürük. Bəzi hallarda şərtlərin pozulmasını müvafiq orqanlara bildirə bilərik.
Övladınızın ayarlarından asılı olaraq, ona tövsiyələr, bəyənə biləcəyi kontentlər və fərdiləşdirilmiş axtarış nəticələri təqdim etmək üçün övladınızın məlumatlarından istifadə edə bilərik. Məsələn, Google Play övladınızın ayarlarından asılı olaraq, quraşdırdığı tətbiq məlumatlarından istifadə edərək uyğun yeni tətbiqlər təklif edə bilər.
Bundan əlavə, övladınızın ayarlarından asılı olaraq, topladığımız məlumatları yuxarıda təsvir edilən məqsədlərlə xidmətlərimiz arasında və övladınızın cihazlarında birləşdirə bilərik. Övladınızın hesab və ya profil ayarlarından asılı olaraq, onun digər sayt və tətbiqlərdəki fəaliyyəti Google xidmətlərini təkmilləşdirmək üçün şəxsi məlumatları ilə əlaqələndirilə bilər.
Google azyaşlılara fərdiləşdirilmiş reklamın göstərilməsini qadağan etdiyinə görə reklamlar övladınızın hesab və ya profilindəki məlumatlara əsaslanmayacaq. Bunun əvəzinə isə reklamlar övladınızın baxdığı veb-sayt və ya tətbiqin kontenti, onun aktiv axtarışları, yaxud ümumi məkan (məsələn, şəhər və ya ştat) kimi məlumatlara əsaslana bilər. Vebdə axtarış edərkən və ya qeyri-Google tətbiqlərindən istifadə edərkən övladınız üçüncü tərəflərin fərdiləşdirdiyi reklamlar daxil olmaqla, digər (qeyri-Google) reklam provayderlərinin reklamlarını görə bilər.
Övladınız Google hesabına və ya profilində daxil olduğu zaman foto, video, audio və məkan kimi məlumatları ictimai şəkildə və başqaları ilə paylaşa bilər. Övladınız məlumatı açıq şəkildə paylaşdığı zaman həmin məlumat Google Axtarış kimi axtarış mühərriklərində əlçatan ola bilər.
Əldə etdiyimiz məlumat məhdud hallarda Google'dan kənarda paylaşıla bilər. Aşağıdakı hallar istisna olmaqla şəxsi məlumatı Google'da olmayan şirkət, təşkilat və şəxslərlə paylaşmırıq:
Razılıq alaraq (uyğun olarsa) Google'dan kənarda şəxsi məlumatı paylaşacağıq.
Ad, foto, e-poçt ünvanı və Play satınalmaları daxil olmaqla övladınızın məlumatı Google'da ailə qrupunun üzvləri ilə paylaşıla bilər.
Təlimatlarımız əsasında və bu Məxfilik Bildirişi, Google Məxfilik Siyasəti və hər hansı digər müvafiq məxfilik və təhlükəsizlik tədbirlərinə uyğun olaraq, bizim üçün emal etməsi üçün filiallarımıza və ya digər etibarlı bizneslərə və ya şəxslərə şəxsi məlumatları təqdim edirik.
Məlumatın girişinə, işlədilməsinə və qorunmasına, yaxud paylaşılmasına ehtiyac olduğuna əmin olduğumuz halda, şəxsi məlumatı Google-dan kənarda paylaşacağıq:
müvafiq qanun, nizamnamə, hüquqi proses və ya qüvvədə olan hökümət tələbi ilə razılaşma;
potensial pozuntuların araşdırılması daxil olmaqla müvafiq Xidmət Şərtləri tətbiq edilməsi;
fırıldaqçılıq, təhlükəsizlik və ya texniki problemləri aşkarlama, qarşısını alma, yaxud mübarizə aparma.
qanunla tələb olunduğu və ya icazə verildiyi kimi Google-un, istfadəçilərimizin və ya ictimaiyyətin hüquqları, mülkiyyəti və təhülkəsizliyini qoruma.
Eyni zamanda özəl olmayan məlumatı (xidmətlərimizdən ümumi istifadə haqqında trendlər kimi) ictimai olaraq və partnyorlarımızla (yayımçılar, reklamçılar, developerlər və ya hüquq sahibləri) paylaşa bilərik. Məsələn, xidmətlərimizdən ümumi istifadə haqqında trendləri göstərmək üçün məlumatı açıq şəkildə paylaşırıq. Eyni zamanda müəyyən partnyorların öz kukilərindən və oxşar texnologiyalardan istifadə edərək reklam və tədbir məqsədi ilə brauzer və cihazlardan məlumat əldə etmələrinə icazə veririk.
Övladınızın Google Hesabı varsa, onun Google Hesabına daxil olmaqla övladınızın məlumatına daxil ola, yeniləyə, silə, eksport edə və işlənməsini məhdudlaşdıra bilərsiniz. Övladınızın parolunu xatırlamırsınızsa, onu Family Link tətbiqi və ya internetdə Family Link ayarları vasitəsilə sıfırlaya bilərsiniz. Daxil olduqdan sonra övladınızın məxfilik ayarlarını və məlumatlarını idarə etməyə kömək etmək üçün Google Məxfilik Siyasətində təsvir edilən Google fəaliyyət nəzarətləri kimi müxtəlif nəzarətlərdən istifadə edə bilərsiniz.
Övladınızın profili varsa, Family Link tətbiqi və ya internetdə Family Link ayarları vasitəsilə övladınızın məlumatına daxil ola, yeniləyə, silə, eksport edə və işlənməsini məhdudlaşdıra bilərsiniz.
Övladınız, həmçinin "Hesabım" bölməsində keçmiş fəaliyyətini silə, eyni zamanda cihaz məkanı, mikrofon və ya kontaktlar daxil olmaqla üçüncü tərəflərin tətbiqə daxil olmasına defolt olaraq icazə verə bilər. Family Link'dən övladınızın Google Hesabı və ya profil məlumatını redaktə etmək və ya dəyişmək, tətbiq fəaliyyəti və tətbiq icazələrini nəzərdən keçirmək və övladınızın məlumatına daxil olmaq istəyən tətbiqlərə və ya üçüncü tərəflərə icazə verməsini idarə etmək üçün də istifadə edə bilərsiniz.
İstənilən vaxt övladınızın məlumatlarının toplanması və ya istifadəsini dayandırmaq istəsəniz, övladınızın Family Link tətbiqindəki Hesabında və ya Profil Məlumatları səhifəsində, yaxud vebdə Family Link ayarlarında "Hesabı silin" və ya "Profili silin" seçiminə klikləməklə övladınızın Google Hesabını və ya profilini silə bilərsiniz. Övladınızın hesabı və ya profil məlumatları məqbul müddət ərzində həmişəlik silinəcək.
Övladınızın Google Hesabı və ya profili ilə əlaqədar sualınız varsa, bizimlə əlaqə saxlayın. Kömək etməyə hazırıq. Family Link və övladınızın Google Hesabı və ya profili haqqında əlavə məlumatı yardım mərkəzimizdə tapa bilərsiniz. Həmçinin Menyu ☰ > Yardım və Rəy > Rəy göndərin seçiminə klikləməklə və ya aşağıdakı ünvan vasitəsilə bizimlə əlaqə saxlamaqla Family Link və ya övladınızın Google Hesabı və ya Family Link tətbiqindəki profili haqqında rəy göndərə bilərsiniz.
Google
1600 Amphitheatre Parkway
Mountain View, CA 94043 USA
Telefon: +1 855 696 1131 (ABŞ)
Digər ölkələr üçün məlumat: g.co/FamilyLink/Contact
Google-un övladınızın məlumatlarını necə topladığı və istifadə etməsi ilə bağlı suallarınız varsa, Google və məlumatların mühafizəsi ofisimiz ilə əlaqə saxlaya bilərsiniz. Yerli qanunlara əsasən hüquqlarınızla bağlı problem varsa, yerli datanı qoruyan orqana müraciət edə bilərsiniz.